Fransa Futbol Federasiyasının (FFF) sabiq prezidenti Noel Le Qre mənəvi və cinsi qısnamalara görə polis tərəfindən dindirilib.
Arena.az bu barədə “Ekip” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Le Qre yanvarın 26-da Parisdə dindirilib. Sabiq məmur 2023-cü ilin fevralında haqqında “seksual xüsusiyyətli sui-istifadələr” xəbərləri ilə bağlı Paris prokurorluğu tərəfindən təhqiqat aparıldıqdan sonra istefa verib. Le Qre müvafiq xüsusda özünə ünvanlanmış suallara mümkün qədər dəqiq cavab verib. Ondan soruşulanların çoxu 5-10 il aralığına aid olub. Federasiyanın keçmiş rəhbəri indi bu işdə daha hansı addımların atılacağını gözləyir.
Eyni zamanda, Le Qre iki şikayət verib. Bunlardan biri Ameli Udea-Kasterə qarşı böhtana görə Respublika Məhkəməsinə (CJR) ünvanlanıb. Digəri isə siyasi müdaxilə yolu ilə qərəzsizlik və müstəqillik mövqeyini pozduğuna görə İdman Nazirliyinin ümumi yoxlama hesabatının ləğv edilməsi tələbi ilə Paris inzibati məhkəməsinə yönəlib.


