“Qarabağ”ın U-15 komandasının baş məşqçisi Rakif Əliyev bundan sonra “Qəbələ”nin əsas komandasında çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “Qəbələ” rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu gün “Qəbələ”də yeni məşqçi təyinatı gerçəkləşib. Rakif Əliyev “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. O, Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. Əliyev bu komandada məşqçi-analitik kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, əvvəllər “Qəbələ” klubunun akademiyasında da fəaliyyət göstərmiş mütəxəssisin son iş yeri baş məşqçi kimi çalışdığı “Qarabağ”ın U-15 komandası olub.


