Kriptovalyuta şirkəti XBTO ilə MLS təmsilçisi “İnter Mayami” arasında bağlanmış 3 illik əməkdaşlıq müqaviləsi başa çatıb.
Arena.az xəbər verir ki, 2024-cü il mövsümündən başlayaraq səyahət şirkəti “Royal Caribbean Cruises Limited” argentinalı ulduz Lionel Messinin çıxış etdiyi “İnter Mayami”nin sponsoru olacaq.
Bu barədə “Cryptonica” şirkətinin baş direktoru Filipp Behazin sosial şəbəkələrdə məlumat yayıb.
Amma yeni sponsorla müqavilənin şərtləri açıqlanmır. Vurğulayaq ki, “Royal Caribbean Cruises” Norveç-ABŞ şirkəti dünyanın ikinci ən böyük kruiz şirkətidir.
XBTO və “İnter Mayami” arasında əməkdaşlıq 2021-ci ildə başlayıb. XBTO üçün sponsorluq, öz platformasına daha çox insan cəlb etməyin vacib hissəsi idi. Messinin XBTO loqosu olan köynək geyinməsinin şirkətin kriptovalyuta arenasında məşhurluğunun kəskin artmasına töhfə verəcəyi güman edilirdi. Amma göründüyü kimi, XBTO-nun planları tənəzzülə uğradı.


