Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 24-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
“Pendikspor” doğma meyanda “Adana Dəmirspor” üzərində qələbəyə sevinib. Adana təmsilçisinin heyətində meydana çıxmış Azərbaycan millisinin qapıçsı Şahruddin Məhəmmədəliyev bu dəfə də 90 dəqiqə oynayıb.
Üç qolun qeydə alındığı “Kasımpaşa” – “Alanyaspor” matçı da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
“Beşiktaş” isə “Trabzonspor” üzərində inamlı qələbəni bayram edib.
Beləliklə, 24 turdan sonra 63 xala malik “Fənərbaxça” və “Qalatasaray”ın şərikli liderliyi davam edir. “Beşiktaş” 39 xalla 3-cü sıraya yüksəlib. “Trabzonspor”un 37, “Rizəspor”un 36, “Kasımpaşa”nın 35, “Antalyaspor”un 34, “Başakşəhər”in 33, “Adana Dəmirspor”un 31, “Sivasspor”un 30 xalı var. “Ankaragücü” 29, “Hatayspor” və “Kayserispor” 28, “Alanyaspor” 27, “Samsunspor” və “Pendikspor” 26, “Fatih Karagümrük” və “Qaziantep” 24, “Konyaspor” 22, “İstanbulspor” isə 11 xal toplayıb.
Türkiyə, Super Liqa
24-cü tur
2 fevral
Ankaragücü – Sivasspor 0:0
Hatayspor – Fatih Karagümrük 3:1
Qollar: Matondo, 41; 90+5. Strandberq, 51-pen = Lazanya, 86.
Samsunspor – Qalatasaray 0:2
Qollar: Nelsson, 5. B.A.Yılmaz, 11.
3 fevral
Rizəspor – Konyaspor 0:0
Başakşəhər – İstanbulspor 2:0
Qollar: Pyontek, 36; 71.
Antalyaspor – Fənərbaxça 0:2
Qollar: C.Ünder, 42. Batşuayi, 90+5.
Qaziantep – Kayserispor 1:1
Qollar: G.Sazdağı, 68-öz qapısına – E.Özbek, 11.
4 fevral
Pendikspor – Adana Dəmirspor 2:1
Qollar: Diabi, 11. U.Nayir, 22 – L.Nani, 90+9.
Kasımpaşa – Alanyaspor 2:1
Qollar: G.Gül, 36. Fall, 59 – Poroso, 28-öz qapısına.
Beşiktaş – Trabzonspor 2:0
Qollar: S.Kılıçsoy, 44; 62.


