Super Liqa: “Kasımpaşa” Adanada 3 xalı 3 qolla qazandı

Bu gün futbol üzrə Türkiyə çempionatının (Super Liqa) 2023/2024 mövsümünün 25-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” doğma meydanda “Kasımpaşa” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı oyun qonaqların inamlı qələbəsiylə yekunlaşıb. 90 dəqiqə meydanda olan Şahruddin bu dəfə 3 qola üzülüb.

25-ci turun qalan qarşılaşmaları 10-12 fevral aralığında keçiriləcək.

Türkiyə, Super Liqa
25-ci tur
9 fevral

Adana Dəmirspor – Kasımpaşa 1:3
Qollar: Balotelli, 87 – Fall, 29. A.Kara, 32. Hayradinoviç, 57-pen.

10 fevral

17:00. Fatih Karagümrük – Pendikspor
20:00. Qalatasaray – Başakşəhər

11 fevral

14:30. Sivasspor – Rizəspor
17:00. İstanbulspor – Qaziantep
17:00. Konyaspor – Ankaragücü
20:00. Fənərbaxça – Alanyaspor

12 fevral

18:00. Trabzonspor – Hatayspor
21:00. Kayserispor – Beşiktaş
21:00. Samsunspor – Antalyaspor

Xəbəri sosial şəbəkələrdə paylaş: