Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ötən 2023-cü ilə görə klubların maliyyə vəziyyəti ilə bağlı hesabatını təqdim edib.
Arena.az məlumat verir ki, böyük futbol beşliyi ölkələrinin aparıcı liqaları ilk beşlikdə yer alıblar.
Siyahının zirvəsində İngiltərə Premyer Liqası yer qərar tutub. İspaniya La Liqası 2-ci, Almaniya Bundesliqası 3-cü, İtaliya A Seriyası 4-cü, Fransa Liqa 1-i isə 5-ci sıradadır.
Böyük futbol beşliyi ölkələrinin liqalarının ümumi gəlirləri üzrə siyahını təqdim edirik:
- İngiltərə Premyer Liqası – 6,453 milyard avro;
- İspaniya La Liqası – 3,330 milyard avro;
- Almaniya Bundesliqası – 3,329 milyard avro;
- İtaliya A Seriyası – 2,346 milyard avro;
- Fransa Liqa 1 – 1,995 milyard avro.
Maraqlıdır ki, Rusiya Premyer Liqası 1 milyard avrodan azacıq çox məbləğdə gəlirlə siyahının 6-cı pilləsində yer alıb.


