İngiltərə nəhəngi “Mançester Yunayted”in məşhur sabiq hücumçusu, ingilis ulduz Ueyn Runi boks görüşü keçirə bilər.
Arena.az bu barədə “Daily Star” dərgisinə istinadən məlumat verir.
Runi “Misfits” təşviqi çərçivəsində tədbirin bir hissəsi kimi peşəkar rinqdə debüt edə və videobloqerlər – KSI və Loqan Pol ilə döyüşə bilər.
Əsl adı Olacide Olatunji olan britaniyalı YouTube-bloqer KSI cəmi 2 peşəkar döyüş keçirib. 2019-cu ilin noyabrında baş tutmuş ilk rəsmi döyüşündə KSI amerikan bloqer Loqan Paulu hakimlərin fərqli qərarı ilə məğlub edib. 2023-cü ilin oktyabrında isə KSI həmyerlisi, ağır çəkidə dünya çempionu Tayson Fyurinin qardaşı Tommi Fyuri ilə döyüşüb və ona xal hesabı ilə məğlub olub.
Boksda cəmi 1 rəsmi döyüş keçirmiş Loqan Pol isə əfsanəvi Floyd Kiçik Meyvezer ilə qarşılaşıb, amma bu döyüş qurama sərgi olub.
Ueyn Runi boks təşviqi ilə danışıqlar apardığını təsdiqləyib, amma futbolun onun üçün üstün olaraq qaldığını vurğulayıb:
“Mümkün boks döyüşü? Heç vaxt yəqin bilmirsən. Bəli, bununla bağlı mənimlə əlaqə saxlanılıb, amma mən düşünürəm ki, hazırda boksla məşğul olmaqdansa, yenidən məşqçiliyə qayıtmaq istəyirəm. Bu, indi mənim məqsədimdir”, deyə Ueyn Runi “The Overlap” podkastında vurğulayıb.
Xatırladaq ki, 2024-cü ilin yanvar ayının əvvəlində “Birmingem Siti” Futbol Klubu Ueyn Runinin baş məşqçi vəzifəsindən getdiyini açıqlamışdı. O, 2023-cü ilin oktyabr ayından bu komandaya rəhbərlik edirdi.


