Nail Kərimov “Qarabağ”da – Rəsmi

Bir müddət öncə “Qəbələ”dən ayrılan Nail Kərimov bundan sonra Premyer Liqanın digər təmsilçisi “Qarabağ”da çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Nail Kərimov “Qarabağ”ın futbol akademiyasının uğurları üçün çalışacaq. Futbol funksioneri akademiyanın meneceri təyin olunub.

Qeyd etdiyimiz kimi, Kərimovun son iş yeri “Qəbələ” İdman Klubu olub. O, 2006-2024-cü illər aralığında çalışdığı bu klubda mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.

Xəbəri sosial şəbəkələrdə paylaş: