Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç görüş baş tutub.
“Hatayspor” – “Sivasspor” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Meydan sahiblərinin heyətində Azərbaycan millisinin hücumçusu Renat Dadaşov 65 dəqiqə oynasa da, məhsuldarlıq nümayiş etdirə bilməyib.
Dörd qolun qeydə alındığı “Antalyaspor” – “İstanbulspor” matçında da qalib müəyyənləşməyib.
Səfərdə “Rizəspor”la qarşılaşan “Fənərbaxça” isə əzmkar və inamlı qələbəyə sayəsində yenidən zirvəyə yüksəlib.
26-cı turun qalan görüşləri 18 və 19 fevralda keçiriləcək.
Türkiyə, Super Liqa 26-cı tur 16 fevral
Kasımpaşa – Fatih Karagümrük 1:1 Qollar: Da Kosta, 11 – Eysserik, 38.