Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Qəbələ” komandasının baş məşqçisi Elmar Baxşıyev istefa verib.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, klub rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib.
2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulunda baş məşqçisi kimi çalışan Elmar Baxşıyev 2018-ci ildən əsas komandada çalışıb. 2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis bu müddətdə ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib. Komanda onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub. “Qəbələ” Baxşıyevin rəhbərliyi altında Azərbaycan kubokunun 2022/2023-cü illər mövsümünün qalibi olub.
“Qəbələ” İdman Klubu Elmar Baxşıyevə komandadakı fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.


