“Qarabağ”ın azı 100 qol vurduğu 4-cü komanda – “Qəbələ”

Futbol üzrə son Azərbaycan çempionu “Qarabağ” “Qəbələ” ilə çempionat oyunlarında vurulan qol sayında 100-ü keçib.

Arena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 23-cü turundan təxirə salınmış oyunadək rəqib qapısına 98 dəfə yol tapmış Ağdam klubu bu görüşdə də 4:0 hesablı qələbə qazanıb.

Riçard Almeydanın penaltidən vurduğu ikinci top bu duellərdə komandasının 100-cü qolu olub. Ağdam təmsilçisi matçın sonuna qədər bu rəqəmi 102-yə çatdırıb. Bu, komandalar arasında 61-ci matçda baş verib.

Bu, Azərbaycan çempionatlarının 32 illik tarixində 5-ci belə hadisədir. Bunadək “Qarabağ” “Neftçi”, “Sumqayıt” və “Şamaxı” ilə görüşlərdə də 100-ü keçmişdi. “Neftçi” isə buna “Şamaxı” ilə qarşılaşmalarda nail olub:

  1. “Qarabağ” – 120 (“Neftçi”)
  2. “Neftçi” – 119 (“Şamaxı”)
  3. “Qarabağ” – 116 (“Sumqayıt”)
  4. “Qarabağ” – 107 (“Şamaxı”)
  5. “Qarabağ” – 102 (“Qəbələ”)
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: