“Atletik”in baş məşqçisi Ernesto Valverde İspaniya Kubolkunun yarımfinalında Madrid “Atletiko”suna qarşı cavab oyununu şərh edib.
Arena.az “Europa Press” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Finalda nə olacağını görəcəyik, amma əsas odur ki, qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Ötən mövsüm “Osasuna” bizə qol vuraraq finala bir addım qalmış bizi yarışdan kənarlaşdırmışdı. Həmin oyunla bu oyun arasındakı fərq o qədər də böyük deyildi, çünki hər iki oyun bələd idi. Bu gün biz La Liqada həmişə lider mövqelərdə olan və Çempionlar Liqasında oynamağa öyrəşmiş möhtəşəm komandanı yarışdan kənarlaşdırdıq.
“San-Mames”də biz çox güclü komandayıq. Azarkeşlərimizin dəstəyi sayəsində futbolçularımız meydanda ürəklərini və ruhlarını qoyub gedirlər. Bu, oyunçuların və azarkeşlərin ortaq qələbəsidir. Biz azarkeşlər üçün kubokun finalına çıxmağın nə demək olduğunu bilirik”, deyə Valverde fərəhlə bildirib.
Xatırladaq ki, Bilbao “Atletik”i Madrid “Atletiko”sunu ümumi hesabda 4:0 hesabı ilə (ilk oyun: 1:0, cavab oyunu: 3:0) məğlub edərək, İspaniya Kral Kubokunun finalına vəsiqə qazanıb. Finalda “Atletik” “Malyorka” ilə qarşılaşacaq. Final oyunu aprelin 6-da Sevilyanın “Olimpiya Stadionu”nda, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.
Xatırladaq ki, İspaniya Kral Kubokunun cari qalibi “Real”dır.


