Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 29-cu turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında son çempion “Qalatasaray” doğma meydanda “Rizəspor”la qarşılaşıb. 8 qolun qeydə alındığı matç liderin növbəti qələbəsiylə yekunlaşıb.
29-cu turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.