Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Masazırda baş tutub.
Burada “Sabah” “Qəbələ”ni sınağa çəkib. Çempionatın aşkar autsayderi olan “Qəbələ” 15 xalla sonuncu idi və son dörd matçında meydanı xalsız tərk etmişdi. Qeyri-sabit çıxışı ilə seçilən “Sabah” isə son turda “Araz-Naxçıvan”a 2:0 hesabıyla qalib gəlmişdi.
Bu görüş sonuncu pillədən qurtulmağa çalışan bölgə təmsilçisi üçün nə qədər vacib idisə, “bayquşlar” üçün də bir o qədər əhəmiyyətliydi. Matç Masazır təmsilçisinin xorvatiyalı yeni baş məşqçisi Krunoslav Renduliç üçün debüt oyunu olub. Mümkün qələbə “bayquşlar”ı ilk “üçlüy”ə daşıyacaqdı.
Bu komandalar daha öncə 21 oyunda üz-üzə gəlmişdilər. Əvvəlki matçlarda “Sabah” 12, “Qəbələ” 6 qələbə qazanmışdı, 3 oyun heç-heçə bitmişdi. Son üç oyunda meydan sahibi olan komanda qalib gəlmişdi. “Sabah” son dörd ev görüşündə xal itirməmişdi.
Elə bu oyun da “Sabah”ın qələbəsiylə yekunlaşıb. Renduliçi debüt matçında sevindirən komandası bu uğuru sayəsində 3-cü pilləyə yüksəlib.
Premyer Liqa
26-cı tur
9 mart
“Sabah” – “Qəbələ” 2:1
Qollar: David Volkov, 19; 41 – Əyyub Alllaş, 45+3.
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Əli Əliyev.
“Masazır Arena”, 17:30.
Sabah: 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Davit Volkov, 70. Jesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 19. Emmanuel Apeh, 27. Jarl Marqarita.
Baş məşqçi: Krunoslav Renduliç.
Qəbələ: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 71. Sənan Ağalarov, 25. İbrahim Ramazanov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 6. Fares Abu Akel, 17. Yaovi Akakpo.
Baş məşqçi: Kaxaber Sxadadze.


