Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 29-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Konyaspor” – “Adana Dəmirspor” matçında qalib müəyyənləşməyib. Qonaq komandanın heyətində Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqə meydanda olub, bir sarı vərəqə alıb.
“Sivasspor” doğma meydanda “Alanyaspor”a uduzub. “Başakşəhər” evdə “Antalyaspor”u 1, “Trabzonspor” isə “Fatih Karagümrük”ü 5 qolla məğlub edib.
29-cu turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.