“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov veteran futbolçu Mirbağır İsayevi 50 illik yubileyi münasibətilə təbrik edib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, klubun baş icraçı direktoru yubliyara ən xoş arzularını çatdırıb, ona xatirə hədiyyəsi təqdim edib.
Xatırladaq ki, 1993-1995-ci illərdə “Neftçi”də çıxış etmiş İsayev “ağ-qaralar”la Azərbaycan kubokunun (1995) və super kubokunun (1995) qalibi olub. Təcrübəli mütəxəssis əsas komandada məşqçi, akademiyada baş məşqçi kimi də çalışıb.
Hazırda Mirbağır İsayev “Səbail” Peşəkar Futbol Klubunda çalışır. Veteran futbolçu sözügedən klubun futbol akademiyasının koordinatorudur. “Səbail” də əlamətdar tarixi unutmayıb və onu təbrik edib. Klubun icraçı direktoru Firuz Abdulla yubilyarla görüşüb, onu forma təqdim edib, işlərində uğurlar arzulayıb.




