Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 31-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
Çempionatın aşkar autsayderi olan “İstanbulspor” bu dəfə doğma meydanda “Rizəspor”a 4 cavabsız qolla məğlub olub. “Qaziantep” də “Alanyaspor”la ev oyununda darmadağına üzülüb.
“Antalyaspor” – “Ankaragücü” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Lider “Qalatasaray” isə bu dəfə “Hatayspor”la ev oyunundan minimal hesabla qalib ayrılıb. Qonaq komandanın heyətində Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da forma geyinib. O, 77-ci dəqiqədə meydana buraxılıb.
31-ci turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.
Türkiyə, Super Liqa
31-ci tur
2 aprel
İstanbulspor – Rizəspor 0:4
Qollar: Olavoyin, 4. Minçev, 44; 64. Akintola, 90.
Antalyaspor – Ankaragücü 1:1
Qollar: E.Yeşilyurt, 40 – E.Bekiroğlu, 64.
Qalatasaray – Hatayspor 1:0
Qol: İkardi, 12.
Qaziantep – Alanyaspor 0:3
Qollar: Koka, 6; 72. O.Aydın, 32.
3 aprel
18:00. Sivasspor – Fatih Karagümrük
21:30. Fənərbaxça – Adana Dəmirspor
21:30. Kayserispor – Kasımpaşa
21:30. Konyaspor – Trabzonspor
4 aprel
21:30. Başakşəhər – Beşiktaş
21:30. Samsunspor – Pendikspor


