Super Liqa: “Trabzonspor” Konyada inamlı qələbəyə sevindi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 31-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Kayserispor” evdə “Kasımpaşa”ya, “Konyaspor” “Trabzonspor”a məğlub olub. “Sivasspor” isə “Fatih Karagümrük”lə ev oyununda minimal hesabla qalib gəlib.

Çempionluq uğrunda mübarizə aparan “Fənərbaxça” bu turda “Adana Dəmirspor”u qəbul edib. Altı qolun qeydə alındığı bu oyun İstanbul təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb. Qonaqların heyətində Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev ilk dəqiqələrdən meydanda olsa da, fasilədə əvəzlənib. Buna onun rəqib hücumlarından biri zamanı kritik seyv edərkən aldığı zədə səbəb olub. Bu üzdən də o, oyunu davam etdirə bilməyib.

31-ci tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

Türkiyə, Super Liqa
31-ci tur
2 aprel

İstanbulspor – Rizəspor 0:4
Qollar: Olavoyin, 4. Minçev, 44; 64. Akintola, 90.

Antalyaspor – Ankaragücü 1:1
Qollar: E.Yeşilyurt, 40 – E.Bekiroğlu, 64.

Qalatasaray – Hatayspor 1:0
Qol: İkardi, 12.

Qaziantep – Alanyaspor 0:3
Qollar: Koka, 6; 72. O.Aydın, 32.

3 aprel

Sivasspor – Fatih Karagümrük 1:0
Qol: Manay, 88.

Fənərbaxça – Adana Dəmirspor 4:2
Qollar: Djiku, 17. Dzeko, 51. Tadiç, 70. S.Dursun, 85 – Balotelli, 25. Y.Barasi, 80.

Kayserispor – Kasımpaşa 0:2
Qol: Da Kosta, 22. Hayradinoviç, 56.

Konyaspor – Trabzonspor 1:3
Qollar: Nzonzi, 79 – Trezeqe, 19. Vişça, 59-pen. Fountas, 89.

4 aprel

21:30. Başakşəhər – Beşiktaş
21:30. Samsunspor – Pendikspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: