Super Liqa: “Beşiktaş” “Başakşəhər”lə səfərdə “sülh bağladı”

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 31-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Səfərdə “Başakşəhər”lə qarşılaşan “Beşiktaş” heç-heçə ilə kifayətlənib. “Samsunspor” – “Pendikspor” matçında isə ümumiyyətlə qapılara qol vurulmayıb.

Beləliklə, 31 turdan sonra 84 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 82 xalla 2-ci, “Trabzonspor” isə 52 xalla 3-cü pillədə qərarlaşıb. “Beşiktaş”ın 47, “Kasımpaşa”nın 46, “Rizəspor”un 45, “Başakşəhər”in 43, “Antalyaspor” və “Alanyaspor”un 42, “Sivasspor”un 41, “Adana Dəmirspor”un 39, “Samsunspor”un 37, “Kayserispor”un 36, “Ankaragücü”nün 34, “Hatayspor” və “Konyaspor”un 33, “Qaziantep”in 31, “Fatih Karagümrük” və “Pendikspor”un 30, sonuncu olan “İstanbulspor”un isə 13 xalı var.

Türkiyə, Super Liqa
31-ci tur
2 aprel

İstanbulspor – Rizəspor 0:4
Qollar: Olavoyin, 4. Minçev, 44; 64. Akintola, 90.

Antalyaspor – Ankaragücü 1:1
Qollar: E.Yeşilyurt, 40 – E.Bekiroğlu, 64.

Qalatasaray – Hatayspor 1:0
Qol: İkardi, 12.

Qaziantep – Alanyaspor 0:3
Qollar: Koka, 6; 72. O.Aydın, 32.

3 aprel

Sivasspor – Fatih Karagümrük 1:0
Qol: Manay, 88.

Fənərbaxça – Adana Dəmirspor 4:2
Qollar: Djiku, 17. Dzeko, 51. Tadiç, 70. S.Dursun, 85 – Balotelli, 25. Y.Barasi, 80.

Kayserispor – Kasımpaşa 0:2
Qol: Da Kosta, 22. Hayradinoviç, 56.

Konyaspor – Trabzonspor 1:3
Qollar: Nzonzi, 79 – Trezeqe, 19. Vişça, 59-pen. Fountas, 89.

4 aprel

Başakşəhər – Beşiktaş 1:1
Qollar: E.İlkhan, 90+5 – Kolli, 16.

Samsunspor – Pendikspor 0:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: