Makron Mbappenin Olimpiadada mümkün iştirakı haqda danışdı

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron PSJ-nin fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe haqda danışıb.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, xanım Makron fransalı ulduzun 2024-cü ildə Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında mümkün iştirakı ilə bağlı suala cavab olaraq futbolçuya sadəcə təşəkkürrünü bildirib:

“Bizə verdiyi hər şey üçün, hələ də verə biləcəyi hər şey üçün. Odur ki, buna görə böyük təşəkkür. O, heyrətamiz çempiondur və onun bizimlə olmasından çox qürur duyuruq. Beləliklə, bütün bunlara diqqət yetirəcəyik. Onun Olimpiya Oyunlarında iştirakı ilə bağlı şayiələrmi? Hər kəsə təşəkkürlər. Təşəkkür edirəm, Kilian”, deyə Bricit Makron bildirib.

Vurğulanır ki, xanım Makronun sözləri çoxları tərəfindən Fransanın və PSJ-nin ulduz futbolçu ilə vidalaşması kimi qarşılanıb. Daha əvvəl Kilain Mbappenin “Real”la müqavilə imzaladığı, transferin yaya qədər rəsmən bəyan ediləcəyi haqda məlumat yayılmışdı.

Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz Paris klubuna həmin ilin iyulunda 180 milyon avro müqabilində “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 39 qol vurub, 8 məhsuldar ötürmə verib.

Mbappenin PSJ-nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 299 oyun, 251 qol, 106 məhsuldar ötürmə.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: