Super Liqa: “Beşiktaş” “Samsunspor”la da bacarmadı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 32-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Adana Dəmirspor” – “Kayserispor” matçında qapılara qol vurulmayıb. Meydan sahiblərinin heyətində Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqə mübarizə aparıb.

“Beşiktaş” – “Samsunspor” matçında da qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qolla 1 xal qazanıblar.

“Kasımpaşa” evdə “Konyaspor”a 2 cavabsız qolla məğlub olub. Dörd qolun qeydə alındığı “Ankaragücü” – “Qaziantep” matçında isə meydan sahibləri qələbə qazanıblar.

32-ci turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

Türkiyə, Super Liqa
32-ci tur
12 aprel

Trabzonspor – Sivasspor 0:1
Qol: Meniq, 52.

13 aprel

Kasımpaşa – Konyaspor 0:2
Qollar: Ndao, 21. Gilyerme, 90+8-pen.

Ankaragücü – Qaziantep 3:1
Qollar: E.Bekiroğlu, 31; 68. Sou, 65 – Yevtoviç, 7.

Adana Dəmirspor – Kayserispor 0:0

Beşiktaş – Samsunspor 1:1
Qollar: S.Kılıçsoy, 18 – E.Kılınc, 68.

14 aprel

14:30. Pendikspor – Başakşəhər
17:00. Hatayspor- İstanbulspor
17:00. Rizəspor – Antalyaspor
20:00. Fatih Karagümrük – Fənərbaxça

15 aprel

21:00. Alanyaspor – Qalatasaray

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: