Super Liqa: “Fənərbaxça” əzmkar qələbə ilə yenidən zirvədə

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 32-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Pendikspor” – “Başakşəhər” matçında qonaqlar qalib gəliblər.

“Fatih Karagümrük”ün qonağı olan “Fənərbaxça” da turu əzmkar qələbə ilə başa vurub. Nəticədə xalını 85-ə çatdıran İstanbul təmsilçisi azı bir günlük də olsa, zirvəyə yüksəlib.

“Hatayspor” “İstanbulspor”la ev oyununda 3 cavabsız qolla uduzub. Meydan sahiblərinin heyətində Azərbaycan millisinin hücumçusu Renat Dadaşov 69-cu dəqiqədə mübarizəyə qoşulsa da, komandasına kömək edə bilməyib.

“Rizəspor” isə doğma meydanda “Antalyaspor”u 3 cavabsız qolla məğlub edib.

32-ci tura sabah keçiriləcək “Alanyaspor” – “Qalatasaray” oyunu ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
32-ci tur
12 aprel

Trabzonspor – Sivasspor 0:1
Qol: Meniq, 52.

13 aprel

Kasımpaşa – Konyaspor 0:2
Qollar: Ndao, 21. Gilyerme, 90+8-pen.

Ankaragücü – Qaziantep 3:1
Qollar: E.Bekiroğlu, 31; 68. Sou, 65 – Yevtoviç, 7.

Adana Dəmirspor – Kayserispor 0:0

Beşiktaş – Samsunspor 1:1
Qollar: S.Kılıçsoy, 18 – E.Kılınc, 68.

14 aprel

Pendikspor – Başakşəhər 2:3
Qollar: Tiam, 18. Midtsyo, 56 – Fiqeyredo, 36; 50. Pelkas, 80.

Hatayspor – İstanbulspor 0:3
Qollar: Loşay, 68. Mamadu, 71. V.Temel, 87.

Rizəspor – Antalyaspor 3:0
Qollar: Zeqiri, 33; 60. Qaiç, 82.

Fatih Karagümrük – Fənərbaxça 1:2
Qollar: C.Keleş, 45+1 – Dzeko, 49. Batşuayi, 57.

15 aprel

21:00. Alanyaspor – Qalatasaray

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: