Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 32-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında son çempion və potensial lider “Qalatasaray” səfərdə “Alanyaspor”la qarşılaşıb. İstanbul nəhəngi səfərdə 4 cavabsız qolla qalib gəlib.
Beləliklə, 32 turdan sonra 87 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 85 xalla 2-ci, “Trabzonspor” 52 xalla 3-cü pillədə qərarlaşıb. “Beşiktaş” və “Rizəspor”un 48, “Başakşəhər” və “Kasımpaşa”nın 46, “Sivasspor”un 44, “Antalyaspor” və “Alanyaspor”un 42, “Adana Dəmirspor”un 40, “Samsunspor”un 38, “Ankaragücü” və “Kayserispor”un 37, “Konyaspor”un 36, “Hatayspor”un 33, “Qaziantep”in 31, “Fatih Karagümrük” və “Pendikspor”un 30, sonuncu olan “İstanbulspor”un isə 16 xalı var.
Türkiyə, Super Liqa
32-ci tur
12 aprel
Trabzonspor – Sivasspor 0:1
Qol: Meniq, 52.
13 aprel
Kasımpaşa – Konyaspor 0:2
Qollar: Ndao, 21. Gilyerme, 90+8-pen.
Ankaragücü – Qaziantep 3:1
Qollar: E.Bekiroğlu, 31; 68. Sou, 65 – Yevtoviç, 7.
Adana Dəmirspor – Kayserispor 0:0
Beşiktaş – Samsunspor 1:1
Qollar: S.Kılıçsoy, 18 – E.Kılınc, 68.
14 aprel
Pendikspor – Başakşəhər 2:3
Qollar: Tiam, 18. Midtsyo, 56 – Fiqeyredo, 36; 50. Pelkas, 80.
Hatayspor – İstanbulspor 0:3
Qollar: Loşay, 68. Mamadu, 71. V.Temel, 87.
Rizəspor – Antalyaspor 3:0
Qollar: Zeqiri, 33; 60. Qaiç, 82.
Fatih Karagümrük – Fənərbaxça 1:2
Qollar: C.Keleş, 45+1 – Dzeko, 49. Batşuayi, 57.
15 aprel
Alanyaspor – Qalatasaray 0:4
Qollar: B.A.Yılmaz, 56; 72. Ziyeş, 61. İkardi, 83.


