Super Liqa: “Fənərbaxça” Sivasda xal itirdi – Video

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 33-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

“Sivasspor” doğma meydanda “Fənərbaxça” ilə qarşılaşıb. Çempionluq uğrunda mübarizə aparan İstanbul təmsilçisi bu oyunda xal itkisi ilə üzləşib. Dörd qolluq matçda qalib müəyyənləşməyib.

Beləliklə, 33 turdan sonra 90 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 86 xalla 2-ci, “Trabzonspor” 55 xalla 3-cü, “Beşiktaş” 51 xalla 4-cüdür. “Başakşəhər” 49, “Rizəspor” 48, “Kasımpaşa” 46, “Antalyaspor”, “Alanyaspor” və “Sivasspor” 45, “Adana Dəmirspor” 41, “Samsunspor” 39, “Ankaragücü” və “Kayserispor” 37 xal toplayıblar.

Türkiyə, Super Liqa
33-cü tur
19 aprel

Beşiktaş – Ankragücü 2:0
Qollar: Muçi, 18. Muleka, 67.

20 aprel

İstanbulspor – Fatih Karagümrük 1:2
Qollar: Koli, 85 – G.Yalçın, 86. Fequli, 90+7-pen.

Konyaspor – Alanyaspor 0:2
Qollar: Haderqyonay, 45+1. Karlos Eduardo, 90+2.

Kayserispor – Trabzonspor 1:2
Qollar: Burabia, 87 – E.Destan, 24. Pepe, 58.

Samsunspor – Adana Dəmirspor 1:1
Qollar: Dimata, 90+2 – Mendosa, 41.

21 aprel

Başakşəhər – Rizəspor 2:0
Qollar: Pelkas, 12. B.Özcan, 90+3-pen.

Antalyaspor – Hatayspor 2:1
Qollar: Buksa, 67. Byutyuqi, 90+2 – Dele-Başiru, 26.

Qalatasaray – Pendikspor 4:1
Qollar: İkardi, 35. A.Bardakcı, 40. Mertens, 76. K.Aktürkoğlu, 90+6-pen – A.Öztürk, 85.

Qaziantep – Kasımpaşa 2:0
Qollar: Maksim, 6. A.Kızıldağ, 33.

22 aprel

Sivasspor – Fənərbaxça 2:2
Qollar: Koita, 57. Manay, 90+4-pen – Fred, 45+2. İ.C.Kahveci, 80.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: