Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 37-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları məhz şənbə gününə təsadüf edib.
“Rizəspor” – “Kasımpaşa” və “Ankaragücü” – “Pendikspor” matçlarında qapılara qol vurulmayıb.
“Başakşəhər” evdə “Trabzonspor”a uduzubsa, “Qaziantep” “Fatih Karagümrük”ü məğlub yola salıb. Yeri gəlmişkən, bu nəticələrdən sonra “Pendikspor”la “Fatih Karagümrük”ün Super Liqanı tərk edəcəyi dəqiqləşib. Daha öncə sonuncu pillədə olan “İstanbulspor”un Super Liqada qalmayacağı dəqiqləşmişdi.
Elitanı tərk etməyə ən yaxın olan digər komanda – “Hatayspor” isə bu turda “Beşiktaş”ın qonağı olub. Dörd qolun qeydə alındığı bu oyunda Hatay təmsilçisi qələbəni əlavə vaxtda əldən verib. Qonaq komandanın heyətində 72-ci dəqiqədə meydana çıxan Azərbaycan millisinin hücumçusu Renat Dadaşov bu dəfə fərqlənə bilməyib.
Dörd qolun vurulduğu “Kayserispor” – “Konyaspor” matçında da oxşar nəticə qeydə alınıb.
“Samsunspor”la “Alanyaspor”un oyununda isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Tura sabah keçiriləcək “Qalatasaray” – “Fənərbaxça” derbisi ilə yekun vurulacaq.
Türkiyə, Super Liqa
37-ci tur
17 may
İstanbulspor – Sivasspor 1:3
Qollar: V.Temel, 81 – Turqunboyev, 43. Koita, 54.
Antalyaspor – Adana Dəmirspor 2:1
Qollar: Mendosa, 30-öz qapısına. M.Yılmaz, 74 – Aymbetov, 65.
18 may
Ankaragücü – Pendikspor 0:0
Başakşəhər – Trabzonspor 0:1
Qol: Onuaçu, 45+2.
Beşiktaş – Hatayspor 2:2
Qollar: J.Fernandes, 50. V.Abubakar, 90+7-pen – Matondo, 26. Dele-Başiru, 55.
Qaziantep – Fatih Karagümrük 3:1
Qollar: E.Ersoy, 47. Yevtoviç, 90. Monteyro, 90+9 – Markao, 67.
Kayserispor – Konyaspor 2:2
Qollar: Mane, 32; 77-pen – S.Dikmen, 36. Nzonzi, 74.
Rizəspor – Kasımpaşa 0:0
Samsunspor – Alanyaspor 1:1
Qollar: Marius, 60 – O.Aydın, 14.
19 may
20:00. Qalatasaray – Fənərbaxça


