Böyük beşlik milli birinciliklərinin ən səmərəli futbolçuları

Artıq məlum olduğu kimi, Avropanın böyük futbol beşliyi ölkələrində milli çempionatların 2023/2024-cü illər mövsümü başa çatıb.

Arena.az İngiltərə Premyer Liqası, İspaniya La Liqası, İtaliya A Seriyası, Almaniya Bundesliqası və Fransa Liqa 1-in ən sərrast və ən səmərəli futbolçularını təqdiim edir:

İngiltərə Premyer Liqası

Ən sərrast futbolçu: Erlinq Haland (“Mançester Siti”) – 27 qol;
Məhsuldar ötürmələr üzrə: Olli Uotkins (“Aston Villa”) – 13 məhsuldar ötürmə;
Qollar və məhsuldar ötürmələrin cəmi üzrə: Koul Palmer (“Çelsi”) – 22 qol və 11 məhsuldar ötürmə (33 xal).

İspaniya La Liqası

Ən sərrast futbolçu: Artyom Dovbik (“Jirona”) – 24 qol;
Məhsuldar ötürmələr üzrə: Aleks Baena (“Vilyarreal”) – 14 məhsuldar ötürmə;
Qollar və məhsuldar ötürmələrin cəmi üzrə: Artyom Dovbik (“Jirona”) – 24 qol və 8 məhsuldar ötürmə (32 xal).

İtaliya A Seriyası

Ən sərrast futbolçu: Lautaro Martines (“İnter”) – 24 qol;
Məhsuldar ötürmələr üzrə: Paulo Dibala (“Roma”) və Rafael Leao (“Milan”) – hər ikisi 9 məhsuldar ötürmə;
Qollar və məhsuldar ötürmələrin cəmi üzrə: Lautaro Martines (“İnter”) – 24 qol və 2 məhsuldar ötürmə (26 xal).

Almaniya Bundesliqası

Ən sərrast futbolçu: Harri Keyn (“Bayern”) – 36 qol;
Məhsuldar ötürmələr üzrə: Alexandro Qrimaldo (“Bayer”) – 13 məhsuldar ötürmə;
Qollar və məhsuldar ötürmələrin cəmi üzrə: Harri Keyn (“Bayern”) – 36 qol və 8 məhsuldar ötürmə (44 xal).

Fransa Liqa 1-i

Ən sərrast futbolçu: Kilian Mbappe (PSJ) – 27 qol;
Məhsuldar ötürmələr üzrə: Pyer-Emerik Obameyanq (“Olimpik” (Marsel)), Romen Del Kastiyo (“Brest”), Usman Dembele (PSJ) və Eyncel Qomes – hər biri 8 məhsuldar ötürmə;
Qollar və məhsuldar ötürmələrin cəmi üzrə: Kilian Mbappe (PSJ) – 27 qol və 7 məhsuldar ötürmə (34 xal).

Göründüyü kimi, “Bayern”in ingilis hücumçusu Harri Keyn vurduğu 36 qolla Avropa “Qızıl buts”una ən gerçək namizəddir.

“Ştutqart”ın qvineyalı mərkəz hücumçusu Seru Girassi də cari mövsümdə diqqətəlayiq nəticə göstərib – 28 qol vurub və 3 məhsuldar verib. Girassi böyük beşlik milli birinciliklərinin ən sərrast futbolçuları arasında 2-ci nəticəyə sahibdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: