Orxan Sadıqlı “Sumqayıt”a lazım olmadı


Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünü 4-cü sırada bitirmiş “Sumqayıt” klubu qapıçısı Orxan Sadıqlı ilə yollarını ayırıb.

Arena.az bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

31 yaşlı qolkiperlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ona xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, Orxan Sadıqlı 2023-cü ildən “Sumqayıt”da çıxış edirdi. O, bu komandanın heyətində cəmi 7 matç keçirib. Bu görüşlərdə 8 qol buraxmış qolkiper 3 matçda da qapısını toxunulmaz saxlayıb.

Sadıqlı daha öncə “Xəzər Lənkəran”, “Keşlə” (indiki “Şamaxı”), “Kəpəz” və “Zirə” kimi klublarda da forma geyinib.

“Sumqayıt” Orxan Sadıqlıdan öncə estoniyalı hücumçusu Erik Sorqa ilə də yollarını ayırdığını açıqlamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: