Abdulla Seydəhmədov daha 1 il “Şamaxı”da

Premyer Liqaya vəsiqə qazanmış “Şamaxı”da müqaviləsinin müddəti bitmiş qapıçı Abdulla Seydəhmədov daha bir il bu klubda qalacaq.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Şamaxı” növbəti mövsüm üçün heyətini formalaşdırmağa davam edir. Klub son olaraq Abdulla Seydəhmədovla yeni müqavilə imzalayıb. 27 yaşlı qolkiperlə yeni müqavilənin müddəti 1 ildir.

Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Abdulla Seydəhmədov 2023-cü ilin yanvar ayından “Şamaxı”da çıxış edir.

“Şamaxı”da daha öncə müdafiəçi Səbayıl Bağırovla da yeni müqavilə imzalanmışdı. Əli Mürsəlov, Əbil Əbilov, Süleyman Damadayev, Elçin Qasımov və Əkbər Vəliyevlə isə yollar ayrılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: