Ötən gecə dünyanın yaşıl meydanlarında futbol üzrə milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib.
Arena.az xəbər verir ki, maraqlı görüşlərdən biri Danimarka və İsveç yığmaları arasında baş tutub.
Üç qolun qeydə alındığı bu oyunda danimarkalılar qalib gəliblər.
Digər görüşlərin əksərində isə qarşıdakı Avropa çempionatına hazırlaşan komandalar darmadağına seviniblər. Belə ki, Slovakiya San Marinonu 4, Fransa Lüksemburq 3, İspaniya isə Andorranı 5 cavabsız qolla məğlub edib.
Norveç yığmasının Kosovonu böyük hesabla yendiyi gecədə Belçika millisi də Monteneqro ilə oyunda inamlı qələbəyə sevinib.
Yoxlama oyunu
5 iyun
Slovakiya – San Marino 4:0
Danimarka – İsveç 2:1
Norveç – Kosovo 3:0
Belçika – Monteneqro 2:0
Fransa – Lüksemburq 3:0
İspaniya – Andorra 5:0


