Zlatko Daliç: “Albaniya yığması hörmətə layiqdir”

Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Albaniya il oyundan öncə fikirlərini paylaşıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, xorvat mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Albaniya yığması İspaniya yığması qədər güclü olmaya bilər, amma o mütləq hörmətə layiqdir. Albanlar ilhamlı və yaxşı təşkilatlanmışdırlar, ona görə də biz sakit və ayıq-sayıq olmalıyıq. Bilirik ki, qalib gəlməliyik və daha aqressiv oynayacağıq. Biz daha da artırmaq istəyirik.

Hətta İspaniya yığmasına qarşı oyunda da topa sahib idik və imkanlar yaratmışdıq, bu oyunda isə daha da yaxşı oynamalıyıq. Başlanğıc heyətində dəyişikliklərimiz olacaq”, deyə Zlatko Daliç vurğulayıb.

Xatırladaq ki, Xorvatiya – Albaniya oyunu bu gün, iyunun 19-da Hamburqun “Folksparkştadion”unda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 17:00-da başladacaq.

2-ci tur ərəfəsində komandalar “B” qrupunda belə sıralanıblar:

  1. İspaniya – 3 xal
  2. İtaliya – 3
  3. Albaniya – 0
  4. Xorvatiya – 0
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: