Zlatko Daliç: “Hər şey öz əlimizdədir”

Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Albaniya yığması ilə heç-heçəni (2:2) şərh edib.

Arena.az “Telesport” dərgisinə istinadən, xorvat mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“İki fərqli hissə ilə çox çətin oyun. Böyük səylə hesabda önə keçdik, ikinci qolu vurduq, amma yenə qol buraxdıq. Ən əsası odur ki, biz hələ də oyunun içindəyik – hər şey öz əlimizdədir. Albaniya yığması ilə oyunun ikinci hissəsi ümidvericidir: başlanğıc dəhşətli olsa da, ikinci hissədə daha yaxşı görünürdük. İtaliya yığması ilə oyuna keçirik – qələbə qrupdan çıxmağımıza kömək edə bilər”, deyə Zlatko Daliç vurğulayıb.

1-ci turdan sonra hər biri 3 xal toplamış İspaniya və İtaliya yığmaları “B” qrupunun müvafiq olaraq 1-ci və 2-ci yerləri bölüşürlər. 2-ci turdan sonra hər biri 1 xal toplamış Albaniya və Xorvatiya yığmaları isə müvafiq olaraq 3-cü və 4-cü yerlərdə qərarlaşıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: