Birinci Liqanın qalibi olaraq Premyer Liqaya yüksəlmiş “Şamaxı” klubunda gənc qapıçı Sahib Həsənov ilə müqavilə yenilənib.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 19 yaşlı qolkiperlə 2 illik yeni müqavilə imzalanıb. Danışıqlar nəticəsində Həsənov növbəti mövsümü icarə əsasında Birinci Liqa təmsilçisi “Difai Ağsu”da keçirəcək.
Qeyd edək ki, Sahib Həsənov “Şamaxı”nın öz yetirməsidir. Ondan əvvəl əyalət klubunda Səbayıl Bağırov, Abdulla Seydəhmədov və Emin Zamanovla da yeni müqavilə bağlanmışdı. Əkbər Vəliyev, Süleyman Damadayev, Elçin Qasımov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov və Salman Ələsgərov isə əyalət təmsilçisini tərk ediblər. “Şamaxı” gedənlərin əvəzində hələlik Adil Nağıyev (“Səbail”), Rafael Məhərrəmli (“Səbail”), İlkin Muradov (“Zirə”), Rüfət Abbasov (“Neftçi”), Rauf Rüstəmli (“Sabah”, icarə), Belaydi Pusi (“Turan Tovuz”) və Brahim Konateni (“Hapoel”, Afula, İsrail) heyətinə qatıb. Ötən mövsümü “Səbail”də icarədə keçirmiş Bahadur Həziyev də geri qayıdıb.


