AÇ-2024-də ilk qolsuz oyun və ilk vida

Futbol üzrə Fransa və Niderland yığmaları Almaniyada keçirilən 17-ci Avropa çempionatında (AÇ-2024) növbəti oyunlarına çıxıblar.

Arena.az xəbər verir ki, 4 ildən bir keçirilən mötəbər turnirdə 24 komanda mübarizə aparır.

8-ci oyun gününün sonuncu matçında Niderland və Fransa yığmaları üz-üzə gəliblər. Leypsiq şəhərində keçirilən matçda qapılara qol vurulmayıb. Bununla da cari Avropa çempionatında ilk qolsuz heç-heçə qeydə alınıb. Daha öncə keçirilmiş oyunların heç biri qolsuz yekunlaşmamışdı.

Xatırladaq ki, bu qrupun bu gün baş tutan digər oyununda Avstriya yığması Polşaya 3:1 hesabıyla qalib gəlmişdi.

Qrup mərhələsinin ilk turunda isə Fransa Avstriyanı 1:0, Niderland Polşanı 2:1 hesabıyla üstələmişdi.

Bu nəticələrin ardından Polşa milli komandasının qrupdan çıxa bilməyəcəyi dəqiqləşib. Polşa yığması son turda Fransaya qalib gəlsə belə, evə yollanacaq. Bu Avropa çempionatında qrup mərhələsinin ilk 2 turundan sonra yarışla erkən vidalaşacağı ilk komanda məhz Polşa millisidir.

AÇ-2024
D qrupu
21 iyun

Niderland – Fransa 0:0
Baş hakim: Adam Teylor (İngiltərə).
Leypsiq. “Red Bull Arena”.

Xal: Niderland – 4. Fransa – 4. Avstriya – 3. Polşa – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: