Montella Portuqaliya yığmasına məğlubiyyətə aydınlıq gətirdi

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Portuqaliya yığması ilə oyunu (0:3) şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz 20 dəqiqə ərzində yaxşı oynadıq, imkanlar yaratdıq, amma ilk səhvə görə cəzalandıq. İkincisi, futbolda belə şeylər olur. Hesab edirəm ki, Portuqaliya yığması Avropanın ən yaxşı komandalarından biridir və bunu bu gün sübut etdilər.
Bəzən cəsarətimiz çatmırdı, amma bu, son mərhələdə təcrübəsiz oyunçuların başına gəlir. Diqqətimizi növbəti oyuna deyil, buna yönəltmişdik”, deyə Montella vurğulayıb.

Qələbə sayəsində Portuqaliya yığması qrup qalibi olaraq yarışın ələmə mərhələsinə vəsiqə qazanıb.

2-ci turdan sonra “F” qrupunda belə mənzərə yaranıb:

  1. Porutqaliya – 6 xal
  2. Türkiyə – 3 xal
  3. Çexiya – 1 xal
  4. Gürcüstan – 1 xal
Xəbəri sosial şəbəkələrdə paylaş: