Mbappe Levandovskiyə “köpək oğlu” dedi

AÇ-2024-ün qrup mərhələsi 3-cü tur Fransa – Polşa oyununda fransalı hücumçu Kilian Mbappe polyak həmkarı Robert Levandovskini təhqir edib.

Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.

Hadisə oyunun 88-ci dəqiqəsində, oyun məqamlarının birində baş verib. Topla mübarizə zamanı Levandovski əli ilə Mbappenin sifətinə tapınıb. Mbappe bunun qarşılığında polyak həmkarına “köpək oğlu” ifadəsini ünvanlayıb. Sonra isə maskasını çıxararaq, burnunu yoxlayıb.

Xatırladaq ki, 1:1 hesabı ilə başa çatmış oyunda hücumçular hərəyə biq qolla fərqləniblər.

Mbappe oyunun 56-cı, Levandovski isə 79-cu dəqiqəsində – hər ikisi penaltidən fərqləniblər.

Fransa yığması 5 xalla “D” qrupunda 2-ci yeri tutaraq, yarışın 1/8 final mərhələsinə yüksəlib. Polşa yığması isə Avropa çempionatını tərk edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: