Didye Deşam: “Portuqaliya da AÇ-2025-in favoritləri sırasındadır”

Fransa yığmasının baş məşqçisi Didye Deşam AÇ-2024-ün 1/4 finalında Portuqaliya ilə qarşıdakı oyundan gözləntilərini paylaşıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, fransız mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Xub, bu, çox vacib oyundur. Hər iki komanda Avropa çempionatını qazanmağa favoritlər sırasındadır. 1/4 final mərhələsində yalnız ən yaxşı komandalar qalırlar.

Bunlar yüksək səviyyəli oyunlardır, hər şeyi ən xırda xüsuslar həll edə bilər. Hər iki komandada fərq yarada biləcək futbolçular var. Portuqaliya yığmasında da bizim komandadakı kimi, çox keyfiyyətli oyunçular var. Bu, Avropanın ən yaxşı komandalarından biridir. Əminəm ki, maraqlı oyun olacaq.

Portuqaliya yığması müdafiədən çox hücuma üstünlük verən komandadır. Niderland və Belçika yığmaları kifayət qədər ehtiyatlı oynayırdılar. Portuqaliya yığması da eynimi oynayacaq? Roberto Martinesin necə oynamağı sevdiyini bilirəm. Biz mümkün qədər çox nəzarətə nail olmağa çalışacağıq.

Kristiano Ronaldo hücumda həmişə təhlükə olub. O, qol vurmağı və vəziyyətləri həll etməyi həmişə bacarıb. O, çox ciddi rəqib olaraq qalır”, deyə Didye Deşam vurğulayıb.

Xatırladaq ki, AÇ-2024-ün 1/4 final mərhələsinin Portuqaliya – Fransa oyunu bu gün, iyulun 5-də Hamburqun “Folksparkştadion”unda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: