Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella AÇ-2024-ün 1/4 final mərhələsində Niderland yığması ilə oyunu (1:2) şərh edib.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Çox yaxşı yarış keçirdik, malik olduğumuzu göstərdik. Bu Avropa çempionatında Niderland yığması ilə əsas vaxtda eyni sayda qələbəmiz var.
Çoxlu gənc futbolçularımız var və onlar əla əhval-ruhiyyə nümayiş etdirdilər. Mən komanda ilə fəxr edirəm.
Futbolçularımız aldıqları sevgiyə layiqdirlər. Bu yarışdan sonra Türkiyə millisinə daha da hörmətlə yanaşacaqlar”, deyə Montella vurğulayıb.
Avropa çempionatı ilə vidalaşmasına rəğmən, Türkiyə millisi vətənə qürurla qayıdır. Niderland millisini isə İngiltərə yığması ilə yarımfinal sınağı gözləyir.


