Fransa millisinin baş məşqçisi Didye Deşam AÇ-2024-ün yarımfinalında İspaniya yığması ilə qarşıdakı oyundan gözləntilərini paylaşıb.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, fransız mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“İspaniya yığmasının bütün heyətlərində həmişə yaxşı yarımmüdafiə xətti olub. Oyuna nəzarət etməyi bacarırlar. Onların yarımmüdafiə xətti güclüdür, Rodri isə mühüm rol oynayır. Bu, indiyə qədər, Avropa çempionatını ən yaxşı surətdə keçirmiş komandadır. Onlar hər oyundan sonra ən yaxşı təəssürat buraxıblar”, deyə Deşam rəqibi tərifləyib.
Xatırladaq ki, AÇ-2024-ün yarımfinal mərhələsinin İspaniya – Fransa oyunu bu gün, iyulun 9-da Münhenin “Alyans Arena” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


