Didye Deşam Fransa millisindəki gələcəyi ilə bağlı sualı cavabladı

Fransa yığmasının baş məşqçisi Didye Deşam “xoruzlar”ın sükanı arxasında gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az “Marca” nəşrinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Prezidentdən soruşun, mən indicə yarımfinalda məğlub olmuşam. Siz prezidentin nə düşündüyünü çox yaxşı bilirsiniz. Yarımfinala qədər gəldik. Hər kəs baş verənləri təhlil edəcək, amma açıq-aydın, biz öz imkanlarımızı yüz faiz gerçəkləşdirə bilməmişik”, deyə Deşam bildirib.

Xatırladaq ki, Fransa yığması AÇ-2024-ün yarımfinalında İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olaraq, yarışı tərk edib.

Didye Deşam “xoruzlar”ı 2012-ci ilin iyulundan çalışdırır. Fransız mütəxəssisin Fransa yığması ilə müqaviləsi 2026-cı ilin iyul ayının sonuna qədər qüvvədədir.

Deşamın rəhbərliyi altında “xoruzlar” 160 oyuna çıxıblar, 102 dəfə rəqiblərini “dimdikləyib” udublar, 30 oyundan bərabərliklə ayrılıblar, 28 oyunda isə “yolunublar”. Komandanın top fərqi 335:146 nisbətindədir.

Didye Deşam Fransa yığmasına 2018-ci ildə Rusiyada keçirilmiş FIFA Dünya Kubokunu və 2020/2021-ci ilər mövsümü UEFA Millətlər Liqasını qazandırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: