Fransa yığmasının və “Mançester Yunayted”in keçmiş müdafiəçisi Patris Evra 12 aylıq şərti həbs cəzası alıb.
Arena.az bu barədə “Le Parisien” dərgisinə istinadən məlumat verir.
Evra 2021-ci ilin mayından 2023-cü ilin sentyabrına qədər həyat yoldaşı Sandra Evranın zərərinə ailəsini tərk etməkdə təqsirli bilinib.
Mənbənin məlumatına görə, məhkəmə, həmçinin keçmiş futbolçu tərəfindən həyat yoldaşına vurulmuş mənəvi ziyana görə Evranı 4000 avro məbləğində cəriməyə, prosessual xərclərə görə isə daha 2000 avro məbləğində ödənişə mükəlləf edib.
Evranın həyat yoldaşının vəkilinin məlumatına əsasən, keçmiş müdafiəçinin 2020-ci ildən bəri nəfəqə (aliment) borcu 969 min avro məbləğ təşkil edib.
“Qəhrəman ailə başçısı”nın vəkili keçmiş futbolçunun yaramaz əməli müqabilində aldığı cəzanın müştərisinə dərs olacağı qənaətindədir:
“Ümidvaram ki, bu qərarla Patris Evra nəhayət ki, onun qanundan üstün olmadığını və bir gecədə həyat yoldaşını və uşaqlarını tərk edə bilməyəcəyini başa düşəcək. Üstəlik, onlar (Evra və xanımı) 15 yaşında ikən tanış olublar. O (xanımı), futbolçu karyerasını dəstəkləmək üçün onu bütün dünyada müşayiət edib”, – mənbə Evranın vəkilindən sitat gətirir.


