Marsel “Olimpik”i danimarkalı dayaq yarımmüdafiəçisi Pyer-Emil Höybyerqi “Tottenhem”dən icarə əsasında heyətinə qatıb.
Arena.az xəbər verir ki, bu barədə Marsel “Olimpik”i rəsmi saytı vasitəsilə məlumat yayıb.
İcarə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. İcarə Fransa klubunu müqavilədə qeyd edilmiş sonradan satınalma maddəsini yerinə yetirməyə mükəlləf edir. Transfer məbləğinin isə 13,5 milyon avro təşkil edəcəyi haqda daha əvvəl qeyri-rəsmi məlumat vardı.
Pyer-Emil Höybyerq böyük futbolda debütə qədər, yeniyetməlik və erkən gənclik illərində “Skyold”, “Kopenhagen” və “Bröndbyu” klublarında çıxış edib. Danimarkalı futbolçu böyük futbolda Almaniya nəhəngi “Bayern”in heyətində debüt edib. Höybyerqi karyerası ərzində “Auqsburq”, “Şalke”, “Sauthempton” və “Tottenhem”də çıxış edib.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Höybyerqi “Tottenhem”in heyətində bütün yarışlarda məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 39 oyun keçirib.
Danimarkalı “dayaqçı” milli komandanın heyətində sonuncu Avropa çempionatına qatılıb, AÇ-2024 çərçivəsində 4 oyun keçirib və yarışın 1/8 finalına yüksəlib. Höybyerqi Avropa çempionatında məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Pyer-Emil Höybyerq 2014-cü ilin may ayında debüt etdiyi Danimarka yığmasının heyətində 81 oyun keçirib, 10 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub.
Pyer-Emil Höybyerqin qənimətlər muzeyində “Bayern”lə qazandığı 4 Almaniya Bundesliqası çempionluğu, 3 Almaniya Kuboku və FIFA Klub Dünya Kuboku var.
“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.



