Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 1-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, mövsümün və ilk turun açılış matçında son çempion “Qalatasaray”la “Hatayspor” üz-üzə gəlib.
Üç qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
1-ci turun qalan görüşləri 10-12 avqust aralığında keçiriləcək.
Yeni mövsümün ilk turunda “Kayserispor” istirahət edəcək.
Türkiyə, Super Liqa
1-ci tur
9 avqust
Qalatasaray – Hatayspor 2:1
Qollar: İkardi, 80-pen. Batşuayi, 90 – J.Fernandes, 52.
10 avqust
20:15. Kasımpaşa – Konyaspor
22:45. Antalyaspor – Göztəpə
22:45. Fənərbaxça – Adana Dəmirspor
11 avqust
20:15. Sivasspor – Trabzonspor
22:45. Alanyaspor – Eyüpspor
22:45. Samsunspor – Beşiktaş
12 avqust
22:00. Bodrumspor – Qaziantep
22:00. Rizəspor – Başakşəhər


