Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 2-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Konyaspor” son çempion “Qalatasaray”ı qəbul edib. Üç qolun qeydə alındığı görüş İstanbul təmsilçisinin qələbəsiylə yekunlaşıb.
2-ci turun qalan görüşləri 17, 18 və 19 avqustda keçiriləcək.
Türkiyə, Super Liqa
2-ci tur
16 avqust
Konyaspor – Qalatasaray 1:2
Qollar: O.Ülgün, 45 – K.Aktürkoğlu, 41. B.A.Yılmaz, 59.
17 avqust
20:15. Kayserispor – Sivasspor
22:45. Adana Dəmirspor – Rizəspor
22:45. Göztəpə – Fənərbaxça
18 avqust
20:15. Başakşəhər – Alanyaspor
22:45. Beşiktaş – Antalyaspor
22:45. Qaziantep – Samunspor
19 avqust
22:00. Eyüpspor – Bodrumspor
22:00. Hatayspor – Kasımpaşa


