İspaniyanın “Betis” klubu braziliyalı mərkəz müdafiəçisi Natanı “Napoli”dən icarə müqaviləsi əsasında heyətinə qatıb.
Arena.az bu barədə La Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.
Braziliyalı müdafiəçi 2025-ci ilin iyun ayının sonuna qədər “Betis”də çıxış edəcək. İcarə müqaviləsində satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Natan “Ponte-Preta”nın yetirməsidir. Braziliyalı müdafiəçi karyerası ərzində “Flamenqo”, “Braqantino” və “Napoli”də çıxış edib.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Natan “Napoli”nin heyətində 21 oyun keçirib, 1 məhsuldar ötürmə verib.
Natan Braziliyanın U-20 komandasına dəvət alsa da, heç bir oyun keçirməyib.
Natanın qənimətlər muzeyində “Flamenqo” ilə Braziliya çempionluğu var.
“Transfermarkt” internet-portalı 23 yaşlı braziliyalı mərkəz müdafiəçisinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.


