Super Liqa: “Başakşəhər”lə “Beşiktaş” 4:2 hesabıyla qalib gəldilər

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 2-ci turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha üç qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Başakşəhər” – “Alanyaspor” və “Beşiktaş” – “Antalyaspor” matçlarında meydan sahibləri oxşar hesabla (4:2) qalib gəliblər. “Qaziantep” isə doğma meydanda “Samsunspor”a minimal hesabla uduzub.

2-ci turun qalan görüşləri avqustun 19-da keçiriləcək.

Türkiyə, Super Liqa
2-ci tur
16 avqust

Konyaspor – Qalatasaray 1:2
Qollar: O.Ülgün, 45 – K.Aktürkoğlu, 41. B.A.Yılmaz, 59.

17 avqust

Kayserispor – Sivasspor 1:2
Qol: M.Kardozo, 14 – Radakoviç, 17; 50.

Adana Dəmirspor – Rizəspor 1:2
Qollar: Barasi, 90+7-pen – Alikulov, 41. Sou, 74.

Göztəpə – Fənərbaxça 2:2
Qollar: K.Günter, 68. Romulo, 90+5 – Dzeko, 45+3. En Nesiri, 45+7.

18 avqust

Başakşəhər – Alanyaspor 4:2
Qollar: Pyontek, 17. Fiqeyredo, 53. D.Türüç, 90. S.Gürler, 90+5 – Kordova, 26. Balkoveç, 45+3.

Beşiktaş – Antalyaspor 4:2
Qollar: İmmobile, 13; 23. Rafa Silva, 56. Muçi, 90+5 – Samudio, 1; 51.

Qaziantep – Samsunspor 0:1
Qol: Holse, 5.

19 avqust

22:00. Eyüpspor – Bodrumspor
22:00. Hatayspor – Kasımpaşa

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: