Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 2-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
Beş qolun qeydə alındığı “Eyüpspor” – “Bodrumspor” matçında meydan sahibləri qələbə qazanıblar.
“Hatayspor” – “Kasımpaşa” matçında isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Beləliklə, 2 turdan sonra yalnız iki komanda – “Beşiktaş”la son çempion “Qalatasaray” itkisiz irəliləyir. “Eyüpspor”, “Başakşəhər”, “Fənərbaxça”, “Rizəspor” və “Sivasspor” isə 4 xal toplayıblar. “Konyaspor”, “Qaziantep” və “Samsunspor”un da 3 xalı var. “Kayserispor”, “Adana Dəmirspor” və “Bodrumspor” isə hələ xal hesabını aça bilməyiblər.
Türkiyə, Super Liqa
2-ci tur
16 avqust
Konyaspor – Qalatasaray 1:2
Qollar: O.Ülgün, 45 – K.Aktürkoğlu, 41. B.A.Yılmaz, 59.
17 avqust
Kayserispor – Sivasspor 1:2
Qol: M.Kardozo, 14 – Radakoviç, 17; 50.
Adana Dəmirspor – Rizəspor 1:2
Qollar: Barasi, 90+7-pen – Alikulov, 41. Sou, 74.
Göztəpə – Fənərbaxça 2:2
Qollar: K.Günter, 68. Romulo, 90+5 – Dzeko, 45+3. En Nesiri, 45+7.
18 avqust
Başakşəhər – Alanyaspor 4:2
Qollar: Pyontek, 17. Fiqeyredo, 53. D.Türüç, 90. S.Gürler, 90+5 – Kordova, 26. Balkoveç, 45+3.
Beşiktaş – Antalyaspor 4:2
Qollar: İmmobile, 13; 23. Rafa Silva, 56. Muçi, 90+5 – Samudio, 1; 51.
Qaziantep – Samsunspor 0:1
Qol: Holse, 5.
19 avqust
Eyüpspor – Bodrumspor 4:1
Qollar: Bruno, 46. Tiam, 55. Says, 86. H.Akbunar, 90+5 – Dimitrov, 30.
Hatayspor – Kasımpaşa 1:1
Qollar: Fernandes, 21 – Da Kosta, 90+1.


