Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
“Sivasspor” doğma meydanda “Eyüpspor”a məğlub olub. Dörd qolun qeydə alındığı “Bodrumspor” – “Konyaspor” matçında isə meydan sahibləri qələbə qazanıblar. Bu, tarixində ilk dəfə Super Liqada mübarizə aparan Bodrum təmsilçisinin elitadakı ilk qələbəsi kimi tarixə düşüb.
Qeyd edək ki, bu turun “Qalatasaray” – “Qaziantep”, “Samsunspor” – “Başakşəhər” və “Trabzonspor” – “Kayserispor” oyunları təxirə salınıb. Buna İstanbul və Trabzon klublarının avrokuboklarda iştirakı səbəb göstərilib. Avrokuboklarda Türkiyəni təmsil edən daha bir komanda – “Beşiktaş” isə bu həftə məcburi istirahət edəcək.
Turun qalan oyunları bazar gününə təsadüf edəcək.
Türkiyə, Super Liqa
3-cü tur
23 avqust
Alanyaspor – Göztəpə 1:1
Qollar: Y.Özdemir, 48 – Heliton, 45.
24 avqust
Sivasspor – Eyüpspor 0:1
Qol: A.Kutucu, 8.
Bodrumspor – Konyaspor 3:1
Qollar: A.Demirbağ, 28-öz qapısına. Puşkaş, 40. K.Özer, 88-pen – Pedrinyo, 45+4.
25 avqust
20:15. Kasımpaşa – Adana Dəmirspor
22:45. Antalyaspor – Hatayspor
22:45. Rizəspor – Fənərbaxça


