Super Liqa: “Fənərbaxça” Rizədə 5 cavabsız qola sevindi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Kasımpaşa” – “Adana Dəmirspor” matçında qalib müəyyənləşməyib.

Beş qolun qeydə alındığı “Antalyaspor” – “Hatayspor” matçında meydan sahibləri möhtəşəm əzmkarlıq nümayiş etdirərək, 0:2 uduzduqları oyunu qalib başa vurublar.

Səfərdə “Rizəspor”la qarşılaşan “Fənərbaxça” da bu rəqibini 5 cavabsız qolla məğlub edib.

Qeyd edək ki, bu turun “Qalatasaray” – “Qaziantep”, “Samsunspor” – “Başakşəhər” və “Trabzonspor” – “Kayserispor” oyunları təxirə salınıb. Buna İstanbul və Trabzon klublarının avrokuboklarda iştirakı səbəb göstərilib. Avrokuboklarda Türkiyəni təmsil edən daha bir komanda – “Beşiktaş” isə bu həftə məcburi istirahət edib.

Türkiyə, Super Liqa
3-cü tur
23 avqust

Alanyaspor – Göztəpə 1:1
Qollar: Y.Özdemir, 48 – Heliton, 45.

24 avqust

Sivasspor – Eyüpspor 0:1
Qol: A.Kutucu, 8.

Bodrumspor – Konyaspor 3:1
Qollar: A.Demirbağ, 28-öz qapısına. Puşkaş, 40. K.Özer, 88-pen – Pedrinyo, 45+4.

25 avqust

Kasımpaşa – Adana Dəmirspor 2:2
Qollar: Hayradinoviç, 30. Da Kosta, 59 – Y.Barasi, 65. Manev, 90+3.

Antalyaspor – Hatayspor 3:2
Qollar: Kelven, 60. Djenepo, 66. Samudio, 90+4-pen – Strandberq, 26-pen; 32.

Rizəspor – Fənərbaxça 0:5
Qollar: Fred, 15; 60; 64. Dzeko, 53. Alikulov, 66-öz qapısına.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: