Deşam Belçika üzərində qələbə haqda: “Heç bir rahatlıq yoxdur”

Fransa yığmasının baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqasında Belçika yığması üzərində qələbəni şərh edib.

Arena.az xatırladır ki, “xoruzlar” yarışın A Liqasının 2-ci qrupunun 2-ci tur oyununda evdə “qırmızı şeytanlar” üzərində 2:0 hesablı qələbə qazanıblar.

“Rahatlıqmı? Heç bir rahatlıq yoxdur. Futbolçuların qarşılığından, güclü Belçika komandasına qarşı bacardıqlarından məmnunam.

Komanda yaxşı qarşılıq verdi. Xüsusilə ilk 25 dəqiqədə belçikalılar bizə çox fəsad yaratdılar. Müxtəlif səbəblərdən bizim üçün çətin idi. Kolo Muani qol vurdu. O, ona güvənc verən bir mühitdədir. O, çağırılanda buna qollarla qarşılıq verir”, – Deşam matçdan sonra baş tutan mətbuat konfransında bildirib.

2 turdan sonra Fransa yığması A Liqasının 2-ci qrupunda 3 xalla 2-ci pillədə qərarlaşıb və eyni miqadarda xal toplayıb 3-cü pillədə olan Belçika yığmasını qabaqlayır. Qrupa 6 xalla İtaliya yığması başçılıq edir. Xalsız İsrail yığması isə aşkar qapazaltı mövqeyində qrup sonuncusudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: