Super Liqa: “Beşiktaş” “Eyüpspor”u xalsız yola saldı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

“Kasımpaşa” – “Antalyaspor” matçında qapılara qol vurulmayıb. “Rizəspor” evdə “Samsunspor”a, “Adana Dəmirspor” isə “Alanyaspor”a məğlub olub.

Üç qolun qeydə alındığı “Beşiktaş” – “Eyüpspor” görüşü isə “qara qartallar”ın qələbəsiylə yekunlaşıb.

6-cı turun qalan görüşləri sentyabrın 23-də keçiriləcək.

Türkiyə, Super Liqa
6-cı tur
20 sentyabr

Hatayspor – Bodrumspor 0:1
Qol: T.Seferi, 27.

21 sentyabr

Konyaspor – Sivasspor 0:0

Fənərbaxça – Qalatasaray 1:3
Qollar: Dzeko, 63-pen – Livakoviç, 20-öz qapısına. Mertens, 28. Q.Sara, 60.

22 sentyabr

Kasımpaşa – Antalyaspor 0:0

Rizəspor – Samsunspor 0:1
Qol: Ntçam, 46.

Adana Dəmirspor – Alanyaspor 0:2
Qollar: Hvanq, 4; 17.

Beşiktaş – Eyüpspor 2:1
Qollar: Raşiça, 20. İmmobile, 90+3 – E.Akbaba, 64.

23 sentyabr

21:00. Qaziantep – Trabzonspor
21:00. Göztəpə – Kayserispor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: